{
  "markdown": "# Zirkon qapaq və körpülər\n\n_Zirkon_ (bunlara **\"zirkonium, sirkon, zirconium, sirkonyum, zirkonyum, цирконий\"** da deyilir) xüsusi sirkon-dioksid materialından hazırlanan və tamamən metalsız, amma metal qədər möhkəm, son dərəcə estetik stomatoloji bərpa növüdür. Həm arxa, həm də ön dişlərin restavrasiyası üçün istifadə olunur.\n\n* * *\n\nKlinikamızda zirkon qapaq və körpülərin hazırlanması **American Dental Association Continuing Education Recognition Program** (ADA CERP) və xüsusi \" **The Advanced Graduate Education**\" (Harvard School of Dental Medicine) praktiki təlim metodikalarına əsaslanır.\n\nZirkon bərpaların hazırlanmasının bütün mərhələlərində ancaq \" **Dental Advisor Top Award Winner**\" mükafatlı ən yüksək keyfiyyətli avadanlıq və materiallardan istifadə olunur. Zirkon materialı olaraq dünyanın ən yaxşı marka və brendlərini istifadə edirik - BruxZir (Glidewell Laboratories, ABŞ), Katana (Kuraray Noritake, Yaponiya) və Lava (3M, ABŞ).\n\n[Zirkon nədir?](https://zirkon.az/zirkon-nedir.html)\n\n## 2026 ildə zirkon diş qiymətləri.\n\n2026-cı ildə **arxa dişlər üçün 1 ədəd zirkon qapaq 400 AZN-dır, ön dişlər üçün isə 450 AZN-dır**. Bundan daha ucuz, yanı keyfiyyətsiz, qeyriestetik və ümumiyyətlə müəyyən nöqsanları olan aşağı səviyyə zirkon bərpalar bizim klinikada düzəldilmir.\n\n![sirkon](https://stomatoloq.az/i/portfolio-left-dec.png)\n\n## Biz ancaq _öz işlərimizi_ nümayiş etdiririk !\n\nNümunələr\n\n![sirkon diş qiyməti](https://stomatoloq.az/i/a/z7.avif)\n\n### Zirkonun yenilənməsi\n\nƏvvəlki uğursuz zirkon qapaqların yeniləriylə əvəz olunması.\n\n![zirkon diş dişlər cirkon](https://stomatoloq.az/i/a/z2.avif)\n\n### Zirkon estetikası\n\nBiz dünyanın ən keyfiyyətli zirkon materiallarından istifadə edirik.\n\n![zirkon dish diş zırkon](https://stomatoloq.az/i/a/z3.avif)\n\n### Estetik Zirkon diş\n\nƏn qısa vaxtda, ən yüksək keyfiyyətdə və ən zəmanətli bərpalar.\n\n![zrikon dishler qiymetleri](https://stomatoloq.az/i/a/z4.avif)\n\n### Zirkon dişlər\n\nƏn çətin hallarda belə dişlərin zirkon qapaqlar ilə estetik bərpası mümkündür.\n\n![diş dişlər zirkondan](https://stomatoloq.az/i/a/z5.avif)\n\n### Zirkon dişlərin estetikası\n\nBəzi estetik qüsurların bərpası çox çətindir, ancaq mümkünsüz olan heçnə yoxdur.\n\n![zikon dişlərin rəngi](https://stomatoloq.az/i/a/z8.avif)\n\n### Zirkon estetikası\n\nZədələnmiş ön dişlərin keyfiyyətli zirkonlarla bərpa edilməsi.\n\n![zirkonyum qiymeti](https://stomatoloq.az/i/a/z6.avif)\n\n### Zirkonun əvəz olunması\n\nƏvvəlki uğursuz bərpanın yenidən estetik bərpası.\n\n![zikon rəngləri](https://stomatoloq.az/i/a/z9.avif)\n\n### Zirkon dişlər\n\nKeyfiyyətsiz \"kompozit vinir\" bərpaları keyfiyyətli zirkon qapaqlar ilə əvəz olundu.\n\n![zikon dişlərin rəngi](https://stomatoloq.az/i/a/z10.avif)\n\n### Estetik zirkon bərpası\n\nAnadangəlmə diş cərgəsi qüsurunun zirkon qapaqlar ilə qısa müddətdə bərpası.\n\n![zirkon sirkon zirkonyum](https://stomatoloq.az/i/a/z1.avif)\n\n### Zirkon diş\n\nDişlərin zirkon körpü və qapaqlarla estetik bərpası.\n\n![sirkon diş qiyməti](https://stomatoloq.az/i/a/z7.avif)\n\n### Zirkonun yenilənməsi\n\nƏvvəlki uğursuz zirkon qapaqların yeniləriylə əvəz olunması.\n\n![zirkon diş dişlər cirkon](https://stomatoloq.az/i/a/z2.avif)\n\n### Zirkon estetikası\n\nBiz dünyanın ən keyfiyyətli zirkon materiallarından istifadə edirik.\n\n![zirkon dish diş zırkon](https://stomatoloq.az/i/a/z3.avif)\n\n### Estetik Zirkon diş\n\nƏn qısa vaxtda, ən yüksək keyfiyyətdə və ən zəmanətli bərpalar.\n\n![zrikon dishler qiymetleri](https://stomatoloq.az/i/a/z4.avif)\n\n### Zirkon dişlər\n\nƏn çətin hallarda belə dişlərin zirkon qapaqlar ilə estetik bərpası mümkündür.\n\n![diş dişlər zirkondan](https://stomatoloq.az/i/a/z5.avif)\n\n### Zirkon dişlərin estetikası\n\nBəzi estetik qüsurların bərpası çox çətindir, ancaq mümkünsüz olan heçnə yoxdur.\n\n![zikon dişlərin rəngi](https://stomatoloq.az/i/a/z8.avif)\n\n### Zirkon estetikası\n\nZədələnmiş ön dişlərin keyfiyyətli zirkonlarla bərpa edilməsi.\n\n![zirkonyum qiymeti](https://stomatoloq.az/i/a/z6.avif)\n\n### Zirkonun əvəz olunması\n\nƏvvəlki uğursuz bərpanın yenidən estetik bərpası.\n\n![zikon rəngləri](https://stomatoloq.az/i/a/z9.avif)\n\n### Zirkon dişlər\n\nKeyfiyyətsiz \"kompozit vinir\" bərpaları keyfiyyətli zirkon qapaqlar ilə əvəz olundu.\n\n![zikon dişlərin rəngi](https://stomatoloq.az/i/a/z10.avif)\n\n### Estetik zirkon bərpası\n\nAnadangəlmə diş cərgəsi qüsurunun zirkon qapaqlar ilə qısa müddətdə bərpası.\n\n![zirkon sirkon zirkonyum](https://stomatoloq.az/i/a/z1.avif)\n\n### Zirkon diş\n\nDişlərin zirkon körpü və qapaqlarla estetik bərpası.\n\n‹›\n\n[Dr. Fərid Zeynalov](https://stomatoloq.az/ferid-zeynalov.html)\n\n## Zirkon növləri:\n\n- Yarışəffaf zirkon \\- ön dişlər üçün son dərəcə estetik bərpaların hazırlanmasında istifadə olunur. Təbiyi diş rəngini və şəffaflığını imitasiya edərək mükəmməl estetik nəticələr eldə etməyə imkan verir.\n- Polixrom (çox rəngli) zirkon - ön və arxa dişlərin bərpası üçün nəzərdə tutulan və standart diş rənglərinə uyğun hazırlanan 3 çalarlı xüsusi zirkon növüdür. Dişlərin tam təbiyi görünüşünü əks etdirməklə yanaşı, çox davamlı və uzun müddət istifadə oluna bilən materialdır.\n- Monolitik zirkon (tam zirkon, solid zirconia, full contour zirconia, monolithic zirconia) - keramika (farfor) təbəqəsi olmadan, əsasən arxa dişlər üçün istifadə oluna bilən zirkon növüdür. Təbiyi dişləmin (qapanışın) bərpası, qısa dişlərdə,əyri diş cərgələrində və möhkəmliyə üstünlük verilən konstruksiyalarda istifadə olunur.\n- Standart zirkon qapaqlar \\- ən çox istifadə olunan və həm kifayət qədər yüksək estetik nəticələr verən, həm də uzun müddətli və möhkəm bərpalar yaradmaqa imkan verən bərpa növüdür. Müxtəlif marka zirkonium materialından hazırlanan bu növ qapaq və körpülər klinikamızda ən çox tələbat olan estetik zirkon restavrasiyaların hazırlanmasında istifadə olunur.\n\n![emax zirkon](https://stomatoloq.az/i/a/zirkon.avif)\n\nZirkon qapaqların tam təbii şəffaflığı.\n\n## Zirkon diş rəngləri:\n\nZirkon bərpaların rəng palitrası genişdir və müasir laboratoriya imkanları sayəsində çox incə ton fərqləri belə əldə oluna bilir. **Zirkon diş rəngləri** ümumilikdə təbii diş spektrinə uyğun hazırlanır və məqsəd \"süni ağlıq\" deyil, real diş toxumasının işıq davranışını təqlid etməkdir. Biz gündəlik həyatda ən real, ən \"öz dişim kimi\" görünən zirkon bərpalara üstünlük veririk. Təbii ki pasiyentlər daha parlaq gülüş istəyirlər, lakin zirkon dişlərin dizaynı və rəngi mütləq dəri tonu, göz rəngi və üzün ümumi estetikasına uyğunlaşdırılmalıdır. Yəni zirkon diş rəngləri seçimi \"ən ağ hansıdır?\" sualı ilə deyil, \"ən uyğun hansıdır?\" prinsipi ilə aparılmalıdır.\n\n## Zirkon üstünlükləri:\n\n- Yüksək sabitlik – metal dəstəkli bərpalara xas olan elastikliyin və buna bağlı olaraq keramika materialının qırılmasının, dişəti toxumaların zədələnməsinin, qapanışın deformasiyasının və yapışqanlığın pozulmasının olmaması;\n- Yüksək estetika – şəffaflıq, təbii diş toxumalarına maksimal bənzərlik və müxtəlif estetik effektlərin verilməsinin təmin olunması, ən yüksən estetik tələbləri təmin edir;\n- Xüsusilə kənar bölgədə qeyri-estetik görüntülərin olmaması – dişəti çəkilməsi hallarında belə rənglənmənin olmaması restavrasiyaların uzun müddət estetik qalmalarını təmin edir;\n- Rəng sabitliyi – oksidləşmənin olmaması, kimyasal ətalətlilik və ağız mayalarında mütləq əriməməzlik, estetik effektin uzun müddət qorunmasını təmin edir;\n- Ətalətlilik – ağız mayaları, alınan qıdalar və mayələrə qarşı heç bir kimyasal və ya bioloji reaksiyanın olmaması;\n- Tam bioloji uyğunluq – hər cəhətdən təbii dişlərə oxşarlıq, qətiyyən allergik reaksiyanın olmaması;\n- Diş ərpinin və diş daşlarının yaranmasına meylli deyil – periodontal toxumaların və ümumiyyətlə ağız gigiyenasının təmin olunması üstün cəhətlərindəndir;\n- Tam zirkon qapaqların aşınma (sürtünmə) əmsalı təbii diş minasıyla eynidir – bu göstəriciyə görə tam zirkon qapaqlar stomatologiyada istifadə olunan bütün materiallardan daha yaxşıdır və arxa dişlərin bərpası üçün ideal sayılır;\n- Aşağı istilik keçiriciliyi – termal genişlənmə əmsalı dentin və minaya oxşardır və beləcə mexaniki stresslərin yaranmasının qarşısı alınır;\n- Periodontun qorunması – restavrasiyaların yüksək dəqiqliklə düzəldilmə imkanı marginal uyğunluğu təmin edir və beləcə periodontal toxumaların tam fizioloji sağlamlığını qoruyur;\n- İkincili kariyesin yaranması əngəllənir – restavrasiyaların yüksək dəqiqliklə düzəldilmə imkanı, marginal uyğunluğu (20-30 µ) təmin edir və beləcə dəstək dişlərdə kariyesin yaranmasına şərait yaranmır. Ayrıca adheziv sementasiya hər hansı bir infiltrasiyaya imkan vermir və yenə də kariyesin yaranması mümkün olmur.\n\n![zirkonyum giymət](https://stomatoloq.az/i/videos-left-dec.png)\n\n![sirkon diş](https://stomatoloq.az/i/videos-right-dec.png)\n\nZirkon nədir\n\n## **Ən keyfiyyətli zirkon qapağın qiyməti nədir?**\n\nHal-hazırda, yanı 2025-ci ildə, ən keyfiyyətli və ən estetik zirkon qapaqların qiyməti 400-450 manatdır. Bu qiymətdən daha ucuz olan zirkonlar keyfiyyətsizdir və ümumiyyətlə müəyyən nöqsanları olduğu üçün aşağı səviyyə zirkon bərpalar sayılırlar.\n\n## Нужно менять коронки на передней и задней части челюсти. Какие посоветуете? Чтобы было качественно и красиво.\n\nЯ могу посоветовать только самое лучшее \\- [безметаловую керамику](https://zirkon.az/) и [пресс-керамику](https://stomatoloq.az/press-keramika.html). Качественно и очень красиво. Это наиболее современный и высокоточный вид эстетических стоматологических реставраций.\n\n## **Mənim üst çənə dişlərim əyridir. Yəni qabağa dogru meyllidir. Zirkon keramika düzəldirsəm fərq bilinəcəkmi?**\n\nƏksər hallarda diş cərgələrinin və dişlərin əyriliyini qapaqlarla düzəltmək mümkündür. Amma bəzi hallarda, əyriliyin dərəcəsi çox olduğundan və ya əyriliyi daha asan müalicə ilə düzəltmək mümkün olduğunda, biz ortodontik müalicəni məsləhət görürük. Dişləyiniz sağlam və qüsursuzdursa, problem sadəcə diş cərgələrindədirsə, qapaq etmək yerinə ortodontik müayinədən keçməyiniz daha yaxşı olardı.\n\n## Bir muüddət əvvəl mən zirkon qapaqlar qoydurdum, amma hələdə öyrəşə bilmireəm. Bu normaldır?\n\nDişlərə qapaq yerləşdiriləndən sonra, təbii ki, bir müddət diskomfort və xoşagəlməz hislər olur. Bu normaldır. Amma bir müddət sonra hər şey stabilləşir və diskomfort hiss olunmur.\n\nDiskomfort 1 həftə ərzində yox olmursa, mütləq stomatoloqunuza müraciət edin. Qapaqları dəstəkləyən dişlərdə və ya qapanışda problem ola bilər.\n\n## **Zirkon qapaqlar neçə müddətə düzəldilir?**\n\nİlkin vəziyyətdən asılı olaraq zirkon qapaqlar 1-3 həftəyə hazırlanır. Amma bəzi hallarda dişlərin və dişətlərinin müalicəyə ehtiyacı ola bilər. Bunun üçün müalicənin tam müddətini dəqiqləşdirmək ancaq müayinə və rentqendən sonra mümkündür.\n\n## Zirkonyum diş qırılsa berpa etmək olur?\n\nƏğər zirkoniyum hissə qırılmayıbsa, yani ancaq keramika (farfor) qırılıbsa, bərpası mümkündür. Amma bu bərpa kompozit materialı ilə olduğu üçün estetik problemlər ola bilər. Bunun üçün də biz belə bərpaları müvəqqəti hesab edirik.\n\n## **Siz hansı növ zirkondan istifadə edirsiniz?**\n\nZirkon bərpaların hazırlanmasının bütün mərhələlərində ancaq **\"Dental Advisor Top Award Winner\"** mükafatlı ən yüksək keyfiyyətli avadanlıq və materiallardan istifadə olunur. Zirkon materialı olaraq dünyanın ən yaxşı marka və brendlərini istifadə edirik:\n\n- \\- BruxZir Solid Zirconia (Glidewell, USA)\n- \\- BruxZir Esthetic (Glidewell, USA)\n- \\- Katana (Kuraray Noritake, Japan)\n- \\- IPS ZirCAD (Ivoclar Vivadent, Liechtenstein)\n- \\- Lava (3M, USA)\n- \\- Cercon xt / ht (Dentsply Sirona, Germany)\n- \\- inCoris ZI (Dentsply Sirona, Germany)\n\n![diş həkimi](https://stomatoloq.az/i/a/map.avif)\n\n[+994 50 3263151](tel:+994503263151)\n\n### **Mr. Dent** \\- stomatoloji klinika.\n\nBakı şəhəri,\n\nAdil İsgəndərov küçəsi 13a,\n\n_\"AzNeft\" meydanı yaxınlığı, SOCAR və Heydər Əliyev Fondunun arxası, \"Funikulyor\"-un yanı._\n\n[Qəbula yazılmaq](https://wa.me/994503263151)\n\n![diş müalicəsi](https://stomatoloq.az/i/contact-dec.png)\n\n![dişlərin](https://stomatoloq.az/i/contact-left-dec.png)\n\n![zirkon vinir](https://stomatoloq.az/i/f.png)",
  "metadata": {
    "viewport": "width=device-width,initial-scale=1,shrink-to-fit=no",
    "og:title": "Zirkon dişlər: növləri və qiymətləri",
    "og:locale": "az_AZ",
    "ogUrl": "https://stomatoloq.az/zirkon.html",
    "ogImage": "https://stomatoloq.az/i/zirkon2.jpg",
    "language": "az",
    "ogLocale": "az_AZ",
    "business:contact_data:street_address": "13a Adil İsgəndərov küçəsi",
    "business:contact_data:country_name": "Azerbaijan",
    "title": "Zirkon diş qapaqları və körpüləri: ən yaxşı növləri və 2026 qiymətləri",
    "business:contact_data:postal_code": "1095",
    "ogDescription": "Bakıda ən keyfiyyətli zirkon diş qapaqları növləri və qiymətləri haqqında ətraflı məlumat.",
    "og:url": "https://stomatoloq.az/zirkon.html",
    "ogTitle": "Zirkon dişlər: növləri və qiymətləri",
    "business:contact_data:locality": "Baku",
    "business:contact_data:region": "Baku",
    "og:image": "https://stomatoloq.az/i/zirkon2.jpg",
    "robots": "index, follow",
    "og:type": "website",
    "og:description": "Bakıda ən keyfiyyətli zirkon diş qapaqları növləri və qiymətləri haqqında ətraflı məlumat.",
    "description": "Bakıda 2026 il üçün zirkon diş qiymətləri, sirkon qapaqlarının üstünlükləri, dental zirkonyum diş növləri və qiymətləri haqqında ətraflı məlumat əldə edin.",
    "og:logo": "https://stomatoloq.az/i/logo-600x600.png",
    "favicon": "https://stomatoloq.az/favicon.ico",
    "scrapeId": "019f7073-efd2-71bc-834d-7f55a08dc53e",
    "sourceURL": "https://stomatoloq.az/zirkon.html",
    "url": "https://stomatoloq.az/zirkon.html",
    "statusCode": 200,
    "contentType": "text/html; charset=UTF-8",
    "timezone": "Asia/Baku",
    "proxyUsed": "basic",
    "cacheState": "miss",
    "indexId": "0e776062-5751-49a6-8421-b2e8a9d3da5f",
    "creditsUsed": 1
  }
}